Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Şuşa İli” münasibətilə konfrans və kitab təqdimatı keçirilib VİDEO

Ankara, 23 noyabr, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, “PAŞA Həyat Sığorta” ASC və “İrs” jurnalının dəstəyi ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Şuşa İli” münasibətilə konfrans və kitab təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasındakı Azərbaycan bölməsinin genişləndirilmiş versiyasının açılışı olub.

Mərasimə qatılan rəsmi şəxslər və görkəmli ziyalılar, o cümlədən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar, “PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılov, Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev, Türkiyə Prezident Administrasiyasının bölmə müdiri Mehmət Tuncər, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Bilal Çakıcı, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Türk Ağsaqqalları Birliyinin Türk dünyası üzrə həmsədri, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç və digərlərinin iştirakı ilə ölkəmizlə bağlı nadir kitablar bölməyə hədiyyə edilib.

“Heydər Əliyev”, “Mir Cəlal”, “Nizami Gəncəvi”, “Qədim qalanın yuxuları”, “Təbrizin sehrli nağılları”, “Şuşa zirvədən uca” və digər qiymətli əsərlər kitabxanadakı Azərbaycan bölməsinin daha da zənginləşməsinə töhfə olub. Azərbaycan bölməsindəki əzəmət buradakı mindən yuxarı nəşrin hər zaman oxucular üçün cəlbedici olacağını deməyə əsas verir.

Tədbir iştirakçıları “Şuşa İli” şərəfinə düzülən sərgi ilə tanış olublar. Azərbaycanın qədim tarixini, təbiətimizin əsrarəngiz gözəlliyini, Bakının əzəmətini, Naxçıvanın füsunkar dağlarını özündə əks etdirən fotolar barədə iştirakçılara ümumi məlumat verilib.

Həmçinin tədbirdə sərgilənən Azərbaycan həqiqətlərinə dair nadir nəşrlərlə də tanışlıq olub.

Mərasimin girişində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Şuşa mövzusunda filmin nümayişindən sonra təqdimatı keçirilən “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəfis tərtibatla, yüksək dizayn və poliqrafiya ilə hazırlanan nəşrlər barədə iştirakçılara müfəssəl məlumat verilib, kitablardan nüsxələr iştirakçılara hədiyyə olunub.

Tədbirin mövzusu ətrafında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçunun, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attarın, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlının, Yunus Emre İnstitutunun Azərbaycan nümayəndəliyinin müdiri Səlcuk Karakılıçın, Türkiyə Prezident Administrasiyasının bölmə müdiri Mehmət Tuncərin çıxışları dinlənilib. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən çıxışçılar əminliklə ifadə ediblər ki, dövlətimiz və xalqımız hər zaman böyük Qarabağ Zəfərini bizlərə yaşadan qəhrəman övladlarımızın adlarını uca tutacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olduğunu və bu çərçivədə dünya miqyasında böyük layihələrin həyata keçirildiyini diqqətə çatdıran səfir Rəşad Məmmədov əminliklə bildirib ki, Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının əsas fonduna daxil olan nəşrlər geniş oxucu kütləsi qazanacaq. Kitablarda əksini tapan informasiyalar qardaşlığımızın və dostluğumuzun tərənnümünə böyük töhfə olacaq.

Çıxışında böyük şair Almas İldırımın şeirindən bir bənd söyləyən Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbənin dövlətçilik tarixinə əbədi yazıldığını diqqətə çatdıraraq təqdim olunan nəşrlərin tarixi əhəmiyyətini yüksək dəyərləndirib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attarın çıxışında diqqətə çatdırıb ki, təqdim olunan hər iki kitab həm Azərbaycanın yaxın tarixini, həm də zəngin irsini özündə əks etdirir, eləcə də nəşrlərin adı böyük məna daşıyır. Nəşrlər Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkarlığın bütün istiqamətlərini özündə əks etdirir. Kitablar bütün dünyaya sübut edir ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini sözün əsl mənasında tar-mar edib. Məhv edilən abidələrin, eləcə də təbiətin real acınacaqlı görüntüləri erməni vandalizminin, vəhşiliyinin sübutudur.

Təqdim olunan kitabların hazırlanması ilə bağlı geniş məlumat verərək Azərbaycan tarixinin və təbiətinin zənginliyinə toxunan “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı bildirib ki, ölkəmizə aid həqiqətləri bir nəşrə sığışdırmaq mümkünsüzdür. Bütün bunlara baxmayaraq təqdim olunan kitablarda daha çox informasiya və fakt cəmləşdirməyə böyük səy göstərilib. Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları, eləcə də işğal dövründə ermənilərin törətdikləri vəhşiliklər unudula və unutdurula bilməz.

Belə bir möhtəşəm toplantıya ev sahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə edən Türkiyə Prezident Administrasiyasının bölmə müdiri Mehmət Tuncər bildirib ki, ortaq milli sərvətimiz olan Qarabağ Zəfərini tərənnüm edən hər bir kitab bütün Türkiyə üçün böyük qənimətdir.

Can Azərbaycana aid həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasının əhəmiyyətindən bəhs edən Yunus Əmrə İnstitutunun Azərbaycan nümayəndəliyinin müdiri Səlcuk Karakılıç bildirib ki, təqdim olunan nəşrlər bütün göstəriciləri ilə tarixi əhəmiyyət daşıyır. Erməni vandalizmini və insani cinayətləri ifşa etmək təkcə Azərbaycanın deyil, sülhsevər dünya ictimaiyyətinin maraqlarına uyğundur.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan çıxışçılar diqqətə çatdırıblar ki, nəşrlərin Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının fonduna daxil olması bir tərəfdən Azərbaycan həqiqətlərinin təbliğinə yeni bir əsas yaradırsa, digər tərəfdən isə Azərbaycan-Türkiyə qardaşlığı başda olmaqla türk dünyasının birliyinin və həmrəyliyinin öyrənilməsinə ciddi töhfə verir.

Çıxışlarda əminliklə bildirib ki, 44 günlük Vətən savaşının nəticələri bölgədəki geosiyasi vəziyyəti dəyişməklə bərabər, qarşıda duran vəzifələri də müəyyən edib. Bu anlamda Azərbaycan həqiqətlərinə, o cümlədən otuzillik işğalla bağlı nəşrlərin işıq üzü görməsi böyük bir missiyanın icrasıdır.

Təqdimatı keçirilən iki kitabda bildirilib ki, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti təkcə müsəlman türklərə qarşı yönəlməyib, Qarabağın təbiətinə, abidələrinə, ağaclarına, çaylarına qarşı əsl soyqırımı həyata keçirilib. Bütün bu acı həqiqətlər barədə nəşrlərdə müfəssəl məlumatlar toplanıb.

Vurğulanıb ki, UNESCO kimi beynəlxalq qurumların həqiqətləri görməməzliyə vurması, qeyri-obyektiv mövqedən çıxış etməsi fonunda bu cür nəşrlərin beynəlxalq ictimaiyyətə çatdırılması olduqca mühüm əhəmiyyət daşıyır. Təqdimatı keçirilən iki kitabdakı çoxsaylı faktlar təkzibolunmaz şəkildə təsdiq edir ki, işğalçı Ermənistanın başlıca məqsədi zəbt etdiyi ərazilərdə torpaq üstündə nə varsa hamısını məhv edib Azərbaycan üçün yarasız hala salmaq olub.

Qeyd edək ki, hər iki möhtəşəm nəşriyyat layihəsi “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə işıq üzü görüb. Nəşr olunan bu kitablar tarixin bütün dövrlərində ölkəmizə aid həqiqətlərin, erməni vandalizminin iç üzünün öyrənilməsində, gələcək nəsillərə, o cümlədən dünya ictimaiyyətinə çatdırılmasında əyani vəsait kimi dəyərli olacaqdır.

 
Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Şuşa İli” münasibətilə konfrans və kitab təqdimatı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır