İQTİSADİYYAT


Türkiyə Prezident Administrasiyasının nümayəndə heyəti İnnovasiyalar Agentliyində olub

Türkiyə Prezident Administrasiyasının nümayəndə heyəti İnnovasiyalar Agentliyində olub

Bakı, 16 iyun, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə iyunun 16-da İnnovasiyalar Agentliyində Türkiyə Respublikası Prezident Administrasiyasının İnsan Resursları bölməsinin bir qrup məsul əməkdaşı ilə ikitərəfli görüş təşkil olunub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə “İnsan Resurslarının təkmilləşdirilməsi” mövzusunda türkiyəli mütəxəssislərlə geniş fikir mübadiləsi aparılıb. Görüşdə İnnovasiyalar Agentliyinin fəaliyyəti, cari layihələri və gələcək planları barəsində təqdimatla çıxış edən İdarə Heyətinin sədri Tural Kərimli milli ekosistemin imkanları və çağırışları barədə qonaqlara ətraflı məlumat verib.

Aparılan qarşılıqlı fikir mübadiləsi zamanı Savaş Ceylanın başçılıq etdiyi nümayəndə heyəti innovasiyalar sahəsində birgə layihələrin icrası, peşəkar mentorluq məktəbinin yaradılması, gənclərin “Beyin fırtınası” mərkəzlərinə cəlb edilərək şəxsi inkişaflarının dəstəklənməsi istiqamətindəki potensial əməkdaşlıq imkanlarını təhlil edib: “Əminəm ki, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə inkubasiya mərkəzinin yaradılması və ya yenidən qurulması istiqamətində böyük perspektivlər var və hər iki təsisatın ekspertləri bu perspektivləri səylə araşdıraraq ölkələrimiz və gənc nəsil üçün parlaq əməkdaşlıq nümunəsini gerçəkləşdirə biləcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.