REGİONLAR


Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Aygün Attar doğum günündə həmyerliləri il görüşüb

Sumqayıt, 17 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycanlı professor, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Aygün Attar Qubadlı Rayon İcra Hakimiyyətində olub.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı professor icra hakimiyyətində rayon rəhbərliyi, təhsil işçiləri və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Bildirilib ki, Azərbaycanın Qubadlı rayonunda anadan olan Aygün Attar 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının tarix şöbəsində doktorluq dissertasiyasını müdafiə edib.

O, 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və bu ölkənin vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub, 2014-cü ildə Oksford Universitetinin “Sokrat” mükafatına layiq görülüb. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımına həsr olunmuş bir çox məqalənin müəllifidir. Davamlı elmi yaradıcılıqla bərabər, diaspor işləri ilə də fəal şəkildə məşğul olan professor Aygün Attar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədridir. Bu il fevralın 6-da Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü təyin olunub.

Görüş Aygün xanımın doğum gününə təsadüf edib. Həmyerliləri əziz qonağı təbrik edərək xoş arzularını bildiriblər.

Aygün xanım sonra Qubadlı Rayon Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olub. Daha sonra o, öz təhsil aldığı Qubadlı rayonunun Şəhər-1 saylı tam orta məktəbini ziyarət edib. Burada məktəb kollektivi, ona təhsil vermiş müəllimlər və birlikdə oxuduğu sinif yoldaşları ilə görüşüb.

Həmçinin, “28 May” Mədəniyyət evi və Qubadlı Rayon Mərkəzi Xəstəxanasına da baş çəkib.

Görüşdən mütəəssir olan Aygün Attar xoş təəssüratlarla Qubadlıda görüşmək ümidi ilə ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.