SİYASƏT


Türkiyə Prezidenti: 44 günlük müharibənin nəticəsi Azərbaycandakı qardaşlarımı necə sevindirdisə, eyni dərəcədə Türkiyədəki qardaşlarını da sevindirdi

Türkiyə Prezidenti: 44 günlük müharibənin nəticəsi Azərbaycandakı qardaşlarımı necə sevindirdisə, eyni dərəcədə Türkiyədəki qardaşlarını da sevindirdi

Bakı, 10 dekabr, AZƏRTAC 

Hörmətli Qardaşıma, cənab Prezidentə xüsusilə Zəfər Günündə verdiyi bu mesaja görə şəxsən öz adımdan və millətim adından çox təşəkkür edirəm. Mən bu Qələbənin başda bu işin liderliyini edən Qardaşıma, onun timsalında bütün azərbaycanlı türk qardaşlarıma mübarək olmasını şəxsim, nümayəndə heyətim və millətim adından diləyirəm və bir daha təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında bildirib.

“Həqiqətən 44 günlük bir müharibədən sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımı necə sevindirdisə, eyni dərəcədə Türkiyədəki qardaşlarını da sevindirmişdir. Bu, istər şəxsimizdə, istər bütün millətimizin şəxsində yaşanan bir sevincdir. İstər hökumətimiz olaraq, istərsə də parlamentin böyük bir qismi olaraq bu sevinci bərabər yaşadıq. Bu sevincə xüsusilə də yazılı, görüntülü medianın da böyük bir qismi eyni dərəcədə qatıldı və bu Zəfəri birlikdə daim qeyd etdilər, mesajlarını da bu istiqamətdə çatdırdılar”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Bu tədbirlərə Prezident İlham Əliyevin dəvəti ilə gəldiklərini bildirən Türkiyə Prezidenti deyib: “Buradakı sevinci gördüyümüz zaman anladıq ki, belə bir Zəfərin nəticəsində coşqu ancaq bu cür, bu şəkildə ola bilərdi, bunu gördük. Təbii ki, belə bir zəfərə görə təbrik etmək, “Mübarək olsun!” demək vəzifəmizdir. Rəbbim bundan sonrakı prosesi, inşallah, uğurla davam etdirməyi də nəsib etsin”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.