DÜNYA


Türkiyə Prezidenti: 8 mindən çox insan dağıntılar altından sağ çıxarılıb VİDEO

Türkiyə Prezidenti: 8 mindən çox insan dağıntılar altından sağ çıxarılıb VİDEO

Bakı, 14 fevral, AZƏRTAC

Zəlzələ nəticəsində yaralanmış 81 mindən çox insanın xeyli hissəsi xəstəxanalardan buraxılıb. Xilasedicilərin dağıntılar altından sağ çıxardığı insanların sayı 8 mini ötüb.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində keçirilən sammitə göndərdiyi videomüraciətində bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, 13,5 milyon əhalinin yaşadığı 10 vilayətdə 500 kilometrlik ərazini əhatə edən iki zəlzələ çox böyük dağıntılara səbəb olub. Elm adamları zəlzələ nəticəsində meydana çıxan enerjinin 500 atom bombası gücündə olduğunu bildiriblər.

Bu fəlakətin yaralarının əl-ələ verərək ən qısa zamanda sarıyacaqlarını deyən Rəcəb Tayyib Ərdoğan Türkiyə üçün yardım toplayan, axtarış-xilasetmə işlərinə dəstək verən bütün dost və qardaş ölkələrə bir daha təşəkkür edib: “Göstərdiyiniz bu qara gün dostluğunu heç vaxt unutmayacağıq. Bu təbii fəlakət beynəlxalq həmrəyliyin nə qədər önəmli olduğunu bir daha göstərir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.