DÜNYA


Türkiyə Prezidenti ABŞ-a rəsmi səfərə yola düşüb

İstanbul, 19 sentyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasına qatılmaq üçün ABŞ-a rəsmi səfərə yola düşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidentinin sessiyadakı çıxışında “COVID-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzular yer alacaq.

Səfər çərçivəsində Türkiyə Prezidenti BMT-nin Baş katibi Antonio Quterreş və bir çox dövlət başçıları ilə ikitərəfli görüşlər keçirəcək, Türk-Amerika Milli İstiqamətləndirmə Komitəsi tərəfindən təşkil olunacaq “Daha Ədalətli Dünya Mümkündür” mövzulu konfrans çərçivəsində bu ölkədə yaşayan türklər və müsəlman cəmiyyətin nümayəndələri ilə də görüşəcək.

Prezident Ərdoğan sentyabrın 20-də Nyu-Yorkdakı yeni “Türk evi” binasının açılışını edəcək.

Türkiyə Prezidentinin ABŞ-a rəsmi səfəri sentyabrın 22-dək davam edəcək.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.