SİYASƏT
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul etmişdir
Ankara, 19 fevral (AZƏRTAC). Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
S.Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyə dövlətinin başçısına çatdırılmış, ona Ankarada keçirilmiş görüşlər haqqında ətraflı məlumat verilmişdir.
Türkiyə Prezidenti ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi müdafiə sahəsində də əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə etmiş, onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş etmişdir.
Görüş mətbuata qapalı olaraq davam etmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara