SİYASƏT


Türkiyə Prezidenti Administrasiyasının hazırladığı internet səhifəsində “erməni terroru” bölməsi yaradılıb

Ankara, 9 dekabr, AZƏRTAC

Türkiyə Prezidenti Administrasiyası 1915-ci il hadisələri ilə bağlı ingilis dilində xüsusi internet səhifəsi yaradıb.

AZƏRTAC xəbər verir ki, internet səhifəsində fəaliyyət göstərən səkkiz bölmədən biri “erməni terroru” adlanır. Bu bölmədə 1970-1980-ci illərdə müxtəlif adlarda fəaliyyət göstərən erməni terror təşkilatları tərəfindən Türkiyə vətəndaşlarına qarşı 230 terror aktının törədildiyi barədə məlumat verilir. Qeyd olunur ki, bu terror aktları nəticəsində 31 türk diplomat öldürülüb, 520-dən artıq günahsız insan yaralanıb.

Yeni fəaliyyətə başlayan internet səhifəsi Ermənistanın Türkiyəyə qarşı iddia etdiyi uydurma “erməni soyqırımı” mövzusuna dair həqiqətləri əks etdirən kamil və çoxtərəfli əsaslı mənbədir. Burada 1915-ci il hadisələri ilə bağlı arxiv materialları, orijinal fotolar, eləcə də müasir Türkiyə Respublikasının mövzuya dair mövqeyi və fəaliyyətinə dair sənədlər əksini tapır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.