SİYASƏT


Türkiyə Prezidenti Azərbaycanın İrandakı səfirliyində törədilən terroru kəskin şəkildə qınayıb

Ankara, 27 yanvar, AZƏRTAC

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən, mühafizə xidmətinin rəisinin şəhid olduğu mənfur hücumu kəskin şəkildə qınayıram.

AZƏRTAC xəbər verir ki, bu ifadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial şəbəkə hesabında paylaşımında öz əksini tapıb.

Türkiyə dövlətinin başçısı yazır: “Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm. Türkiyə can dostu qardaş Azərbaycanın yanındadır”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.