DÜNYA


Türkiyə Prezidenti Bosniya və Herseqovinada səfərdə olub

Sarayevo, 9 iyul, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada ikigünlük rəsmi səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilib. Türkiyə Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Milorad Dodiklə görüşüb. Mətbuat üçün qapalı olan görüş təxminən bir saat davam edib.

Sonra Türkiyə Prezidenti Bosniya və Herseqovina Parlamentinin Xalq Palatasının sədri Bəkir İzetbeqoviç, həmçinin Sloveniya Prezidenti Borut Pahor və Bolqarıstanın Baş Naziri Boyko Borisov ilə də görüşüb.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.