SİYASƏT
Türkiyə Prezidenti: Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının ildönümünü ürəkdən təbrik edirəm
İstanbul, 15 sentyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.
AZƏRTAC xəbər verir ki, qardaş ölkə başçısının rəsmi Tviter hesabı vasitəsilə yayımlanan təbrik mesajında deyilir: “Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil paşanı və onun qəhrəman əsgərlərini ehtiramla yad edirəm.
Bütün Azərbaycan xalqına salam və sevgilərimi göndərirəm”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul