DÜNYA


Türkiyə Prezidenti: Dünən “Pəncə-Kilit” əməliyyatı zamanı 82 terrorçu zərərsizləşdirilib

İstanbul, 13 may, AZƏRTAC

Şimali İraqda nə etdiksə, Suriyanın şimalında da eynisini davam etdirəcəyik. Bizə düşmən olan qrup və təşkilatlara qarşı onların arxasında kimin dayanmasından asılı olmayaraq, eyni qətiyyətlə mübarizə aparacağıq. Dünən “Pəncə-Kilit” əməliyyatı zamanı 82 terrorçu zərərsizləşdirilib. Təbii ki, hava şəraiti müsbət olarsa, bu rəqəm daha da irəli gedəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında bildirib.

Rusiya-Ukrayna böhranına toxunan Türkiyə Prezidenti deyib: “İstər Rusiya Prezidenti Vladimir Putin, istəsə də Ukrayna dövlətinin başçısı Volodimir Zelenski ilə danışıqlarımız zamanı biz bu işi tez bir zamanda dayandırmaq təkliflərini etmişik. Bundan sonra da eyni təkliflər davam edəcək. Müharibələri təqdir etmək mümkün deyil. Müharibə yaxşı deyil. Burada o qədər insan ölür, işin maddi və mənəvi ziyanı göz qabağındadır. Gələcək görüşlərimizdə də bu mövzuda danışıqlarımız davam edəcək”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.