SİYASƏT


Türkiyə Prezidenti: Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir

Bakı, 26 oktyabr, AZƏRTAC

Bölgədəki inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında söyləyib.

Türkiyə Prezidenti deyib ki, bu məsələlərdə Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər belə olarsa, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşmasının qarşısında bir maneə qalmayacaq. “Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək əlbəttə ki, mümkündür. Davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını Türkiyənin də eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.