CƏMİYYƏT


Türkiyə Prezidenti: İbn Haldun dövlət xadimi və filosof olmaqla yanaşı, dünyada sosiologiya elminin qurucusu kimi də qəbul edilir

İstanbul, 19 oktyabr, AZƏRTAC

İbn Haldun Universitet Kompleksi fəlsəfiliyi, memarlığı və təchiz olunmuş ən müasir avadanlığı ilə əsl qürur mənbəyidir. Universitetimizin adını daşıdığı İbn Haldun dövlət xadimi və filosof olmaqla yanaşı, dünyada sosiologiya elminin qurucusu kimi də qəbul edilir. Bu, böyük alim, bəşəriyyətə ən böyük töhfə olan umran elminin məqsədini, əvvəllər nə olduğunu və sonra nə olacağını tam anlamı ilə izah edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda İbn Haldun Universitet Kompleksinin açılış mərasimində çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Çıxışlardan sonra yeni kompleksə baxış keçirilib.

Xatırladaq ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.