SİYASƏT


Türkiyə Prezidenti: Millətimiz bu dəstəyinizi heç zaman unutmayacaq

Türkiyə Prezidenti: Millətimiz bu dəstəyinizi heç zaman unutmayacaq

Bakı, 16 mart, AZƏRTAC

Fevralın 6-da yaşadığımız zəlzələnin yol açdığı dağıntılar səbəbindən beynəlxalq yardım çağırışı etdik. Türk dünyası köməyə ilk çatanlar arasında yer aldı.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Türkiyə Prezidenti bildirib ki, türk dövlətlərindən olan xilasedicilər bir çox vətəndaşımızı yenidən həyata qaytardı.

“Əziz millətimiz bu dəstəyinizi heç bir zaman unutmayacaq. Avropa İttifaqı Komissiyası və Avropa İttifaqı Şurasının İsveç sədrliyi tərəfindən martın 20-də Beynəlxalq Donorlar Konfransı təşkil ediləcək. Bu beynəlxalq yardım fəaliyyətinə də dəstək verəcəyinizə şübhə etmirəm”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.