DÜNYA


Türkiyə Prezidenti: Pandemiya dövründə enerji sektorundakı qiymətləri ən aşağı səviyyədə saxlamaqdayıq

Ankara, 7 oktyabr, AZƏRTAC

Dünyanın hər yerində enerjinin qiymətləri iki dəfədən beş dəfəyədək artdığı bir dövrdə vətəndaşlarımızı qorumaq üçün hərtərəfli tədbirlər görürük.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) Sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin vilayət rəhbərlərinin geniş tərkibdə keçirilən iclasında deyib.

Ölkədə ümumi inkişafın, vətəndaşların rifahının qorunması üçün görülən işlər barədə siyasi həmfikirlərinə geniş məlumat verən Türkiyə dövlətinin başçısı bildirib: “Pandemiya başlanandan bəri enerji sektorundakı qiymətləri lazım gəldikdə subsidiya tətbiq edərək ən aşağı səviyyədə saxlamaqdayıq”.

Qeyd edək ki, son aylar Türkiyədə xüsusilə gündəlik tələbat mallarının, eləcə də qida məhsullarının qiymətlərindəki artımın qarşısını almaq üçün ciddi tədbirlər görülür. Enerji növlərinin, eləcə də avtomobil yanacaqlarının qiymətlərinin sabit saxlanması bu məsələdə əsas amildir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.