DÜNYA


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb

İstanbul, 22 sentyabr, AZƏRTAC 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalına (TEKNOFEST) qatılıb. Ayrı-ayrı bölmələrə baş çəkən dövlət başçısına TEKNOFEST barədə ətraflı məlumat verilib.

AZƏRTAC xəbər verir ki, İstanbulun Yeni Hava Limanında (İstanbul New Airport-İGA) keçirilən festivalda Türkiyənin qabaqcıl texnologiyalar, o cümlədən aviasiya, elektronika şirkətləri istehsal və istifadə etdikləri məhsulları, avadanlıqları nümayiş etdirirlər.

Festival çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”, Türk Hava Yollarının təyyarələri, eləcə də digər şirkətlər möhtəşəm uçuşlar həyata keçiriblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.