DÜNYA


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə gedir

Bakı, 8 fevral, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində dağıdıcı zəlzələnin təsirinə məruz qalan bölgələrə gedərək, axtarış-xilasetmə işlərini yerində koordinasiya edəcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının ilk olaraq Kahramanmaraş şəhər mərkəzinə, oradan Pazarcık rayonuna gedəcəyi gözlənilir.

Rəcəb Tayyib Ərdoğanın daha sonra Hatay vilayətində axtarış-xilasetmə işlərinin gedişi ilə tanış olacağı planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.