DÜNYA


Türkiyə Prezidenti: Rusiya ilə Ukrayna arasındakı böhranın ən qısa zamanda sülhlə sona çatmasını istəyirik

İstanbul, 29 may, AZƏRTAC

Rusiya ilə Ukrayna arasındakı böhranın ən qısa zamanda sülhlə sona çatmasını ürəkdən istəyirik. Lakin görünən odur ki, bu iş hər keçən gün daha mənfi istiqamətdə davam edir. Bazar ertəsi həm Rusiya, həm də Ukrayna ilə telefon danışığım olacaq. Biz tərəfləri dialoq və diplomatiya kanallarını işə salmalarına çağırmağa davam edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

İsveç və Finlandiya heyətlərinin Türkiyəyə səfəri ilə bağlı açıqlama verən Prezident Ərdoğan nümayəndə heyətləri arasında keçirilən görüşlərin gözlənilən səviyyədə olmadığını, Türkiyə ilə bağlı lazımi addımların atılmadığını bildirib.

Jurnalistlərin istər İsrail, istərsə də Şərqi Aralıq dənizi qazının meydana gələ biləcək yeni karbohidrogen ehtiyatlarının Avropaya göndərilməsi istiqamətində Türkiyənin rolu ilə bağlı sualını cavablandıran Türkiyə Prezidenti deyib: “İlk növbədə, təbii ki, bu yeni qazma gəmisi ilə seysmik tədqiqat gəmilərimizin müəyyən etdiyi yerlər var. Qazma gəmilərimiz bu təyin olunmuş yerlərdə işlərini görəcək. Təbii qazla bağlı İsraillə belə bir addım atmaq üçün təbii ki, bizim enerji və təbii sərvətlər nazirimizin israilli həmkarı və İsrail rəsmiləri ilə görüşləri olacaq. Belə bir addım atmaq məqamında xarici işlər nazirimizin bizə gətirdiyi məlumatlara baxsaq, deyirlər ki, hazırdırlar və bu çərçivədə işimizi davam etdirəcəyik. Beləliklə, Türkiyə-İsrail münasibətlərini daha müsbət nöqtəyə gətirmək üçün addımlar atmış olacağıq. Hazırda mövzuya baxış müsbətdir. Ümid edirəm ki, biz bu müsbət istiqamətdə inkişafı tez bir zamanda başa çatdıracağıq”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.