DÜNYA


Türkiyə Prezidenti Rusiyada səfərdədir

Moskva, 23 yanvar, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük səfərə gəlib. Bu barədə TASS agentliyinə danışıqların təşkilatçılarına yaxın mənbə məlumat verib.

Moskvada Rəcəb Tayyib Ərdoğanı Rusiya Prezidenti Vladimir Putin qəbul edəcək. Agentliyə məlumat verən mənbə deyib: “Yaxın saatlarda liderlərin görüşü start götürəcək”.

TASS-ın məlumatına görə, Rəcəb Tayyib Ərdoğanı Türkiyənin daxili işlər naziri, müdafiə naziri, Milli Kəşfiyyat Təşkilatının başçısı və bir sıra digər idarələrin rəhbərləri müşayiət edirlər.

Daha əvvəl Kremldən verilən məlumata görə, danışıqlar zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan əsasən İdlib əyalətindəki və Suriyanın şimalındakı vəziyyəti müzakirə edəcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.