DÜNYA


Türkiyə Prezidenti: Sofi Nurəddin ləqəbli təhlükəli PKK terrorçusu məhv edilib

Ankara, 18 may, AZƏRTAC

Türkiyə Milli Təhlükəsizlik Təşkilatının uzun zaman kəsiyində həyata keçirdiyi tədbirlər sayəsində təhlükəli PKK terrorçusu Sofi Nurəddin ləqəbli cinayətkar İraqın şimalında məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.

Türkiyənin terrorizmlə mübarizədə qətiyyətli olduğunu bir daha diqqətə çatdıran dövlət başçısı bildirib ki, PKK-nın bir sıra qanlı əməllərinin əsas təşkilatçılarından olan Sofi Nurəddin “Fırat qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatlarında iştirak edən türkiyəli hərbçilərə qarşı hücumları təşkil edib.

Qeyd edək ki, axtarışda olan suriyalı Sofi Nurəddin PKK-nın aparıcı simalarından biri olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.