DÜNYA


Türkiyə Prezidenti Suriyada döyüşlərin davam etməsi barədə xəbərləri dezinformasiya adlandırıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında Türkiyə ordusunun iştirakı ilə döyüşlərin davam etməsi barədə yayılan məlumatları dezinformasiya adlandırıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyə qoşunlarının terrorçuların həqiqətən də bufer zonasını tərk etməsinə əmin olmaq üçün hələlik Suriyanın şimal-şərqində azad etdikləri rayonlarda qalacağını bildirib.

Bir qədər əvvəl xarici KİV-lər türk ordusunun Suriyanın sərhədyanı ərazilərini atəşə tutmağa davam etdiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, oktyabrın 17-də ABŞ Suriyanın şimal-şərqində hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə Türkiyə ilə razılığa gəlib. Bunun əvəzində terrorçular 120 saat ərzində Suriya-Türkiyə sərhədindən geri çəkməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.