SİYASƏT


Türkiyə Prezidenti “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı paylaşımlar edib FOTO

Bakı, 28 may, AZƏRTAC

Qarşılaşdığı bütün haqsızlıqlara, qanunsuzluqlara baxmayaraq, qardaşım İlham Əliyevin uğurlu rəhbərliyi ilə diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan, işıqlı gələcəyə doğru addımlayan Azərbaycanla fəxr edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi tviter hesabında paylaşıb.

“Müharibədə də, sülhdə də Azərbaycanın yanında olmaqda davam edəcəyik”, - deyə paylaşımda qeyd olunub.

Digər paylaşımda isə deyilir: “TEKNOFEST ailəsi bu günə qədər Türkiyədə son dərəcə gözəl layihələrə imza atıb. Eyni uğuru Azərbaycanda da qazanacağımıza şübhəm yoxdur. Türk dünyasının ən yeni texnologiyaları istehsal edəcək gənc nəsillərlə çığır açacaq nailiyyətlər geçəkləşdirəcəyinə ürəkdən inanıram”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.