DÜNYA


Türkiyə Prezidenti TRT-nin ortaq yayımında aktual məsələlərlə bağlı sualları cavablandırıb VİDEO

Türkiyə Prezidenti TRT-nin ortaq yayımında aktual məsələlərlə bağlı sualları cavablandırıb
VİDEO

Bakı, 2 fevral, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin ortaq yayımında aktual məsələlərlə bağlı sualları cavablandırıb.

AZƏRTAC xəbər verir ki, Prezident Ərdoğanın çıxışında Türkiyənin son dövrlərdə qazandığı güc və təcrübə ilə dünyanın ən önəmli ölkələrindən birinə çevrildiyini bildirib. Türkiyə dövlətinin başçısı, həmçinin onun bu il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək üçün heç bir maneənin olmadığını deyib.

Prezident Ərdoğan son vaxtlar İsveçdə müşahidə olunan islamofob meyillərə də toxunub, İsveç və Finlandiyadan bunun qarşısının alınması ilə bağlı üzərilərinə götürdükləri öhdəliklərə əməl edəcəklərinə inandığını vurğulayıb.

Türkiyə Prezidenti, eyni zamanda, Rusiya-Ukrayna müharibəsinə toxunub, Ukraynaya tankların göndərilməsinin münaqişənin həlli yolu olmadığını qeyd edib.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyənin təhlükəsizliyinə yönələn hərəkətlərə layiqli cavabın veriləcəyini də diqqətə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.