DÜNYA


Türkiyə Prezidenti: Tam qapanma başa çatandan sonra atılacaq addımları yaxın günlərdə elan edəcəyik

Ankara, 8 may, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunmuş tam qapanma şəraitində uzunmüddətli “Evdə qal!” rejimindən sonrakı addımlar yaxın günlərdə ictimaiyyətə elan ediləcək.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan infeksiya ilə mübarizəyə dair fikirlərini belə ifadə edib: "mayın 17-dən etibarən başlayacaq yeni normallaşma təqvimimizi önümüzdəki günlərdə açıqlayacağıq”.

Dövlət başçısı vurğulayıb ki, məsələyə hökumətin növbəti iclasında baxılacaq.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 29-da yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində mayın 17-də saat 05:00-dək davam edəcək. Ölkədə infeksiyaya qarşı vaksinasiya qrafik üzrə davam edir. Hazırda peyvəndləmə əsasən Çin istehsalı olan “Sinovac” vaksini ilə aparılır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.