DÜNYA


Türkiyə Prezidenti girov götürülən dənizçilərin xilası üçün səylərin davam etdiyini bildirib

Bakı, 25 yanvar, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücuma məruz qalan Liberiya bayrağı altında üzən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəminin kapitanlarından Furkan Yarenlə telefonda danışıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə ilə bağlı bütün prosesləri yaxından izləyən Türkiyə Prezidenti Qabonda lövbər salan hücuma məruz qalmış gəmidən xilas ola bilən üç nəfərin sağlamlıq durumu haqqında məlumat alıb və dəniz quldurları tərəfindən girov götürülən heyət üzvlərinin xilas olunması üçün səylərin davam etdiyini bildirib.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.