DÜNYA


Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib

Ankara, 5 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə-Avropa İttifaqı münasibətlərindəki dinamikliyin azalmamasının vacibliyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın təxribatçı fəaliyyətlərini davam etdirdiyini, ölkəsinin isə mülayim mövqeyini qoruduğunu bildirib.

Liviyada sabitliyin qorunması üçün milli birlik hökumətinin qurulmasını dəstəklədiklərini vurğulayan Türkiyənin dövlət başçısı bu məsələdə Almaniya ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.