DÜNYA


Türkiyə Prezidenti ilə İsveçin Baş naziri arasında telefon danışığı olub

Ankara, 25 iyun, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsveçin Baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, telefon danışığında İsveçin NATO-ya üzvlük məsələsi müzakirə olunub.

Prezident Ərdoğan danışıq zamanı İsveçin terrorla mücadilədə Türkiyə üçün əhəmiyyət kəsb edən məsələlərdə qətiyyətli addım atmasının gərək olduğu barədə fikirlərini təkrarlayıb.

İsveçin PKK/PYD/YPG terror təşkilatlarına qarşı təsirli mövqe sərgiləməsinin vacibliyini bildirən Türkiyə prezidenti bu nöqtədə İsveçin Türkiyənin narahatlığını aradan qaldıracaq bir addım atmadığını ifadə edib.

Silah embarqosunun, müdafiə sənayesi sektoruna qoyulan hüquqi və faktiki məhdudiyyətlərin aradan qaldırılmasını, habelə ekstradisiya və deportasiya tələblərinin yerinə yetirilməsini gözlədiklərini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bütün bu məsələlərə aid konkret və qəti öhdəlikləri birlikdə görmək istədiklərini qeyd edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.