DÜNYA


Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi İsveç və Finlandiyanın alyansa üzvlüklə bağlı müraciətini müzakirə ediblər

İstanbul, 21 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi açıqlama verilib.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-NATO əməkdaşlığı ilə yanaşı, regional məsələlər, eləcə də İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin NATO-nun açıq qapı siyasətini səmimi şəkildə dəstəklədiyini, İsveç və Finlandiyanın üzvlük tələbi ilə bağlı müraciətinə gəldikdə isə, bu iki ölkənin Türkiyənin həyati milli təhlükəsizlik maraqlarına çəkingən münasibət bəslədiyini bildirib. O, İsveç və Finlandiyanın terrorla mübarizə başda olmaqla fundamental məsələlərdə ölkəsi ilə həmrəy olacaqlarını açıq şəkildə göstərmədikcə, Türkiyənin bu ölkələrin NATO-ya üzvlüyünə müsbət yanaşmayacağını deyib.

NATO-nun Baş katibi öz növbəsində Türkiyənin təhlükəsizlik problemləri ilə bağlı narahatlığının həll edilməli olduğunu vurğulayıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.