DÜNYA


Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub

İstanbul, 16 aprel, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Egey, Şərqi Aralıq dənizlərində, Liviya və Əfqanıstanda son vəziyyət, regional məsələlər, eləcə də Rusiya-Ukrayna böhranı ilə bağlı məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin konstruktiv addımları və israrlı çağırışları sayəsində bu gün Egey və Şərqi Aralıq dənizlərində sabitliyin hökm sürdüyünü bildirib. Liviyanın yeni hökumətinə müdafiə və təhlükəsizlik sahələrində dəstək verilməsinin zəruriliyini söyləyən Rəcəb Tayyib Ərdoğan imzaladığı müqavilələr çərçivəsində Türkiyənin bu istiqamətdə töhfə verdiyini qeyd edib. Türkiyə Prezidenti NATO-nun imkanlarından faydalanaraq Əfqanıstana dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.