DÜNYA


Türkiyə Prezidenti və Almaniya Kansleri arasında videogörüş keçirilib

Ankara, 17 sentyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videogörüş keçirilib.

AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi yayıb. Bildirilir ki, ikitərəfli münasibətlər, regional proseslər, eləcə də Şərqi Aralıq dənizindəki vəziyyət müzakirə olunub. Türkiyə dövlət başçısı vurğulayıb ki, Şərqi Aralıq dənizində konstruktiv və bərabər yanaşma olduğu müddətdə mübahisələrin danışıqlar və uzlaşma yolu ilə həll edilə bilər.

Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı Avropa ölkələrinin ədalətli mövqe sərgiləməsinin vacibliyini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə haqq və mənafeləri uğrunda axıra qədər qərarlı şəkildə fəal siyasət yürüdəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.