DÜNYA


Türkiyə Prezidenti və Böyük Britaniyanın Baş naziri Brüsseldə görüşüblər

Türkiyə Prezidenti və Böyük Britaniyanın Baş naziri Brüsseldə görüşüblər

London, 25 mart, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Boris Conson Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

AZƏRTAC xəbər verir ki, NATO sammiti çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin də iştirakı ilə keçirilən görüşdə Ukrayna ətrafındakı vəziyyət, Qara dəniz də daxil olmaqla, yeni təhdidlər qarşısında regional təhlükəsizliyin gücləndirilməsi məsələləri müzakirə edilib.

Baş nazir Boris Conson Türkiyənin Rusiya ilə Ukrayna arasında vəziyyətin normallaşdırılması üçün göstərdiyi diplomatik səyləri və humanitar yardımı alqışlayıb.

Görüşdə Britaniya ilə Türkiyə arasında nüvə enerjisi də daxil olmaqla, gələcək ticarət və investisiya imkanları haqqında fikri mübadiləsi aparılıb.

Baş nazir iki ölkə arasında gələcəkdə də əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözlədiyi bildirib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.