DÜNYA
Türkiyə Prezidentinin NATO-nun baş katibi və Ukrayna Prezidenti ilə telefon danışıqları olub
İstanbul, 17 mart, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq ilə telefonda danışıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, baş katib Yens Stoltenberqi ad günü münasibəti ilə təbrik edən Türkiyənin dövlət başçısı Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” antiterror əməliyyatları barədə ümumi məlumat verib. Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyə PYD/YPG, PKK, İŞİD və FETÖ-yə qarşı mübarizədə qətiyyətlidir və bəzi NATO üzvlərinin bu məsələdə davranışı başa düşülən deyil. “Zeytun budağı” antiterror əməliyyatları İŞID-lə mübarizənin bir parçasıdır.
Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Petro Poroşenko ilə də telefon danışığı aparıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul