DÜNYA
Türkiyə Prezidentinin andiçmə mərasimində 80-dən çox ölkənin nümayəndələri iştirak edəcək
Bakı, 3 iyun, AZƏRTAC
Bu gün Ankarada keçiriləcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində 21 dövlət başçısı, 14 baş nazir, habelə nazirlər və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlığı Təşkilatının rəhbərləri iştirak edəcəklər.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində başlayacaq andiçmə mərasimi Prezident sarayında vəzifələrin icrasına başlamaqla davam edəcək. TBMM-in müvəqqəti sədri Dövlət Bahçeli Prezident Ərdoğana mandatını təqdim edəcək.
Andiçmə mərasimində iştirak edəcək dövlət başçıları arasında Venesuela, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan prezidentləri, Pakistan, Macarıstan, Liviya və Ermənistanın baş nazirləri də olacaq. NATO-nun Baş katibi Yens Stoltenberq və İƏT-in Baş katibi Hissein Brahim Taha da mərasimdə iştirak edəcəklər.
Andiçmə mərasimindən sonra Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini açıqlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]