DÜNYA
Türkiyə Prezidentinin tunisli həmkarı ilə görüşündə Liviya məsələsi də müzakirə edilib
Bakı, 26 dekabr, Anar Allahverdi, AZƏRTAC
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Tunisdə səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti tunisli həmkarı Qeys Səid ilə görüşüb.
Görüşdə dövlət başçıları Liviyada sülhün əldə olunması məqsədi ilə mümkün addımları müzakirə ediblər. Həmçinin söhbət zamanı iki ölkə arasındakı əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Görüşdən sonra təşkil olunan mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan Liviyada sülhün əldə olunmasının bölgə üçün xüsusi önəm daşıdığını vurğulayıb. Tunisin Liviyada sabitliyin təmin olunmasında konstruktiv mövqe tutacağına inandığını bildirib. Türkiyə Prezidenti əlavə edib ki, mümkün olan ən qısa vaxtda sabitlik təmin edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]