DÜNYA


Türkiyə Qırğızıstana 150 min doza “Sinovac” vaksini göndərib

Bişkek, 10 sentyabr, АZƏRTAC

Türkiyə Qırğızıstana humanitar yardım kimi 150 min doza “Sinovac” vaksini göndərib.

AZƏRTAC xəbər verir ki, “Manas” beynəlxalq hava limanında humanitar yardımı Qırğızıstanın səhiyyə və sosial inkişaf naziri Alımkadır Beyşenaliyev, Türkiyənin bu ölkədəki səfiri Əhməd Sadık Doğan və digər şəxslər qəbul edib.

A.Beyşenaliyev humanitar yardıma görə Türkiyə hökumətinə minnətdarlığını bildirib, bu partiyanın 18 yaşından yuxarı vətəndaşların vaksinasiyasında istifadə olunacağını söyləyib. Nazir deyib ki, 6.5 milyon ölkə əhalisinin indiyədək 700 mini peyvənd olunub və vaksinasiya prosesi davam edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.