İDMAN


Türkiyə Qran-Prisi Formula 1 yarışının cari mövsüm üçün təqviminə salınmayacaq

Bakı, 29 iyul, AZƏRTAC

Türkiyə Qran-Prisi Formula 1 yarışının cari mövsüm üçün təqviminə salınmayacaq.

AZƏRTAC Britaniyanın “The Race” nəşrinə istinadla xəbər verir ki, bu mövzuda Formula 1 rəhbərliyi ilə Türkiyə hökuməti arasında danışıqlar belə olmayıb.

Bir neçə gün əvvəl Türkiyə hökumətinin rəsmi saytında İstanbul-Parkda Formula 1 yarışlarının keçirilməsi barədə danışıqlar aparıldığı qeyd olunmuşdu. Ancaq saytın ingilis dili versiyasında həmin xəbərin 2018-ci ildə yerləşdirildiyi qeyd edilib. Beləliklə, xəbərin texniki səhv olaraq saytın türk dili versiyasında yer aldığı vurğulanıb.

Qeyd edək ki, İstanbul-Parkın 2012-ci ildən “FIA Grade 1” lisenziyası yoxdur. Avtodrom və traslarda Formula 1 yarışlarının keçirilməsi məhz bu lisenziya sayəsində mümkün olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.