CƏMİYYƏT


Türkiyə Respublikası Ali Təhsil Şurasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub

Bakı, 3 dekabr, AZƏRTAC

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olublar.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, universitetin rektoru, professor Gəray Gəraybəyli qonaqlara universitetin tarixi, fəaliyyəti, beynəlxalq standartlara əsasən qurulan təhsil və tədris prosesi, həyata keçirilən islahatlar barəsində məlumat verib. Qeyd edib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi ATU-nun hazırkı fəaliyyətində önəmli istiqamətlərdən birini təşkil edir və bu yöndə qardaş Türkiyənin universitetləri ilə güclü əməkdaşlıq əlaqələri qurulub. Rektor bu münasibətlərin daha da gücləndirilməsi sahəsində fəaliyyətin davam etdiriləcəyini bildirib.

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Ali Təhsil Şurasının rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.

Ali Təhsil Şurasının sədri Erol Özvar iki qardaş ölkə arasındakı sıx dostluq münasibətlərinin təhsil sahəsində də əks olunduğunu qeyd edib. Görüş zamanı ali təhsil sahəsində mövcud əməkdaşlıq və gələcək layihələr haqqında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlara ATU-dakı auditoriyalar və laboratoriyalar, universitetin klinikaları nümayiş etdirilib, nümayəndə heyəti tələbələrin təhsili və uğurlu praktikası üçün yaradılan şəraitlə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.