SİYASƏT
Türkiyə Silahlı Qüvvələri Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş videoçarx hazırlayıb
İstanbul, 15 sentyabr, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri Bakı şəhərinin azad edilməsinin 100 illiyi münasibətilə videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan videoçarxda Azərbaycan və Türkiyə ordularının ortaq təlimlərini əks etdirən kadrlar yer alır, eləcə də şerlər, azərbaycanlı uşaqların oxuduqları “Yaşa mənim xalqım” mahnısı səsləndirilir.
Videoçarx Türkiyə Respublikasının banısi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” ifadəsi ilə tamamlanır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul