CƏMİYYƏT


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi “ASAN xidmət”də

Bakı, 7 iyun, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, general –polkovnik, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların idarə heyətlərinin sədri Səlcuk Bayrakdaroğlu “ASAN xidmət” mərkəzinin, eləcə də "YAŞAT" Fondunun fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonağı salamlayan dövlət agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 44 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “YAŞAT” Fondunun yaradılması, məqsədi və görülən işlər barədə qonağı məlumatlandırıb. Vurğulanıb ki, Fondun fəaliyyətində şəhid ailələrinə və qazilərimizə yüksək formada xidmət göstərmək, onların cəmiyyətimizdə qazandıqları nüfuzu ən yuxarı təbəqədə qorumaq əsas hədəflərdir.

Bundan əlavə, “YAŞAT” Fondu ilə Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlar arasında davam edən uğurlu əməkdaşlıqdan bəhs olunub.

Səlcuk Bayrakdaroğlu “ASAN xidmət” və “YAŞAT” Fondunun fəaliyyətini yüksək qiymətləndirib və müvafiq istiqamətlər üzrə həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Sonda xatirə hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.