DÜNYA


Türkiyə Silahlı Qüvvələrinin yeni pilotsuz uçuş aparatı ilk dəfə “Teknofest”də nümayiş etdirilib

İstanbul, 24 sentyabr, AZƏRTAC

Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən Türkiyə Silahlı Qüvvələri (TSK) üçün xüsusi hazırlanan “Aksungur” pilotsuz hava vasitəsi (İHA) ilk dəfə “Teknofest”də nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, 18 ay ərzində hazırlanan “Aksungur”un bu ilin sonuna qədər TSK-ya təhvil verilməsi planlaşdırılır. Hərbi məqsədlə ilk dəfə Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən sınaqdan keçiriləcək İHA-nın digər analoji məhsullarına nisbətən daha çox havada qaldığı və bununla da vaxt itkisinin qarşısının alınacağı bildirilir. İstehsalçı tərəfindən keçirilən ilkin sınaqlardan sonra “Aksungur” Türkiyənin Adana vilayətində yerləşən Şakirpaşa hava limanından uçaraq “Teknofest”ə qatılıb.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.