DÜNYA


Türkiyə Silahlı Qüvvətləri tərəfindən Ege dənizində axtarış-xilasetmə təlimləri həyata keçirilib

İstanbul, 9 may, AZƏRTAC

Türkiyə Silahlı Qüvvətləri tərəfindən Ege dənizində axtarış-xilasetmə təlimləri həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimin məqsədi Türkiyə Silahlı Qüvvətlərinin bu istiqamətdəki fəaliyyətini təkmilləşdirmək, birlik və koordinasiyasını yüksəltməkdir. Sakız və Midilli adaları arasında təşkil olunan təlimlərdə 16-sı müxtəlif 8 ölkədən olmaqla, ümumilikdə, 66 müşahidəçi iştirak edib. On iki istiqamətində aparılan təlimlərdə iki toqquşan gəmidə, batan balıqçı qayığında və yanan yük gəmisində xilasetmə tədbirləri həyata keçirilib.

Təlimlərin ikinci hissəsi İzmir şəhərinin Menemen bölgəsində yerləşən Dumanlı Dağ ərazisində həyata keçiriləcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.