DÜNYA


Türkiyə Silahlı Qüvvətləri tərəfindən ölkə tarixinin ən geniş təlimləri həyata keçirilir

İstanbul, 13 may, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin ölkə tarixində ən genişmiqyaslı “Dənizqurdu 2019” hərbi təlimləri başlayıb.

AZƏRTAC xəbər verir ki, ölkənin Anadolu hissəsini əhatə edən Qara dəniz, Egey və Şərqi Aralıq dənizlərində, eyni zamanda, başlayan təlimlərə 131 gəmi, 57 təyyarə, 33 helikopter cəlb olunub.

Mayın 25-dək davam edəcək təlimlər zamanı yerli istehsal olan silahlardan, yüksəksürətli suüstü və hava dronlarından, yerdən idarə olunan hava vasitələrindən sualtı və digər atışlar yerinə yetiriləcək.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.