İDMAN


Türkiyə Super Liqası: “Fənərbağça” liderliyə yüksəlib

Bakı, 18 oktyabr, AZƏRTAC 

Türkiyə Super Liqasında V turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə keçirilməli olan 4 matçdan üçü baş tutub.

“Hatayspor” – “Ərzurum BB” qarşılaşması təxirə salınıb. Günün iki görüşündə eyni hesablı heç-heçə qeydə alınıb. “Antalyaspor” – “Qaziantep” və “Fatih Karagümrük” – “Kasımpaşa” oyunlarında tərəflər bir xalı bir qolla qazanıb.

Günə İzmirdə yekun vurulub. “Fənərbaxça” “Göztəpə”nin qonağı olub. 5 qolun vurulduğu qarşılaşmada qalib gələn İstanbul klubu birinci pilləyə yüksəlib. Meydan sahibləri isə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.