İDMAN


Türkiyə Super Liqası: “Qalatasaray” növbəti dəfə qələbə qazanıb

Bakı, 14 fevral, AZƏRTAC

Türkiyə Super Liqasında XXV turun daha 4 oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, liderlər qrupunda qərarlaşan “Qalatasaray” ev matçına çıxıb.

Fatih Terimin kollektivi elitada qalmağa çalışan “Kasımpaşa”nı minimal hesabla üstələyib.

“Göztəpə”nin qonağı olan son çempion “Başakşəhər” səfərdən xalsız dönüb.

Turnir cədvəlində qonşu olan “Hatayspor”la “Alanyaspor”un duelində isə sülh qeydə alınıb.

Fevralın 15-də keçiriləcək “Gənclərbirliyi” – “Beşiktaş” (17:00) və “Antalyaspor” – “Yeni Malatyaspor” (20:00) görüşləri ilə tur başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.