İDMAN


Türkiyə Superliqası tarixində ilk dəfə qadın klub prezidenti olub

Bakı, 23 noyabr, AZƏRTAC

Türkiyənin “Kayserispor” futbol klubunda prezident dəyişikliyi olub.

AZƏRTAC xəbər verir ki, Kayseri təmsilçisinin prezidenti Hamdi Elcuman noyabrın 30-u keçirilməsi planlaşdırılan seçkilər öncəsi vəzifəsindən istefa verib. Klubun idarə heyətinin qərarı ilə onu qadın namizəd Berna Gözbaşı əvəzləyib.

B.Gözbaşı ilk qadın prezident kimi Superliqa tarixinə düşüb.

Qeyd edək ki, “Kayserispor” 11 turdan sonra 7 xalla Superliqanın sonuncu pilləsində qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.