İDMAN


Türkiyə Super Liqasının üç klubu Müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakı, 19 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Türkiyənin “Fənərbaxça”, “Beşiktaş” və “Qalatasaray” futbol klubları sosial şəbəkələrdəki rəsmi hesablarında 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar paylaşım edib.

AZƏRTAC xəbər verir ki, klublar rəsmi “Facebook”, “Twitter” və “Instagram” səhifələrində bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edib. Hər üç səhifədə “Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Bir millət, iki dövlət” yazısı yer alıb.

İstanbul təmsilçiləri, həmçinin Azərbaycan və Türkiyə bayraqları olan fotonu paylaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.