İDMAN


Türkiyə Superliqası: “Başakşəhər”-“Bursaspor” oyunu təxirə salınıb

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də futbol üzrə Türkiyə Superliqasının XXIII turu çərçivəsində keçirilən “Başakşəhər”-“Bursaspor” matçı təxirə düşüb.

AZƏRTAC xəbər verir ki, “Fatih Terim” stadionunda keçirilən görüş hava şəraitinin kəskin dəyişməsi səbəbindən 4-cü dəqiqədə təxirə salınıb. Qarşılaşma fevralın 24-də keçiriləcək.

Turun digər oyununda “Alanyaspor” öz meydanında “Kasımpaşa”nı böyük hesabla məğlub edib - 3:0. Meydan sahiblərinin heyətində 7 və 54-cü dəqiqələrdə Papis Sisse, 89-cu dəqiqədə isə Josef Sural fərqləniblər.

“Sivasspor”-“Antalyaspor” matçında isə sevinən tərəf qonaqlar olub. Bülənt Qorxmazın yetirmələri 36-cı dəqiqədə Nazim Sanqara və 45-ci dəqiqədə Süleyman Dukaranın vurduqları qollar sayəsində qələbə qazanıblar. Sivas təmsilçisi 65-ci dəqiqədə Aruna Konenin qolu ilə ümidlənsə də, bundan artığına gücü çatmayıb – 1:2.

Qeyd edək ki, XXIII turun digər oyunları fevralın 24 və 25-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.