İDMAN


Türkiyə Superliqası: “Başakşəhər” İstanbul derbisində “Beşiktaş”ı məğlub edib

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də futbol üzrə Türkiyə çempionatının IX turunun ilk qarşılaşmasında “Başakşəhər” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 40-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Stefano Okaka açıb. Lakin qonaqların futbolçusu Aleks Texeyra 59-cu dəqiqədə hesabı bərabərləşdirib. Matçın 83-cü dəqiqəsində Stefano Okaka komandasının və özünün ikinci qolunu vurub. Bundan iki dəqiqə sonra “Başakşəhər”in futbolçusu Fredrik Gulbrandsen hesab arasındakı fərqi artırıb. Görüşün 90+1-ci dəqiqəsində “Beşiktaş”ın hücumçusu Miçi Batşuayi fərqlənsə də komandasını məğlubiyyətdən xilas edə bilməyib. Beləliklə, “Başakşəhər” İstanbul derbisində “Beşiktaş”ı 3:2 hesabı ilə məğlub edib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 19 xalla “Fənərbağça” başçılıq edir. Ondan bir xal geri qalan “Trabzonspor” ikinci, 17 xal toplayan “Beşiktaş” isə üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.