İDMAN


Türkiyə Superliqası: “Beşiktaş” “Bursaspor”u məğlub edib

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 9-da futbol üzrə Türkiyə Superliqasının XXI turunda turnir cədvəlində 3-cü pillədə qərarlaşan İstanbulun “Beşiktaş” komandası “Bursaspor”la qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, “Vodafon Park” arenada baş tutan qarşılaşmanın 40-cı dəqiqəsində “Beşiktaş”ın hücumçusu Burak Yılmaz hesabı açıb. Görüşün 62-ci dəqiqəsində Burak Yılmaz özünün və komandasının 2-ci qolunu vurub. Beləliklə İstanbul təmsilçisi doğma meydanda Bursa təmsilçisini 2:0 hesabı ilə məğlub edib.

Günün digər önəmli oyunu isə “Başakşəhər Fateh Terim” stadionunda keçirilən “Başakşəhər” - “Ərzurumspor” görüşü olub. Görüşün 11-ci dəqiqəsində “Ərzurumspor”un hücumçusu Kristian Opset öz qapısına vurduğu qol sayəsində İstanbul təmsilçisi hesabda irəli keçib. Lakin qonaqlar 75-ci dəqiqədə Egemen Korkmazın qolu ilə hesabı bərabərləşdirib. Oyun 1:1 başa çatıb. Beləliklə “Başakşəhər” doğma meydanda vacib üç xalı qazana bilməyib.

“Rizespor” - “Antalyaspor” qarşılaşmasında da qalib müəyyənləşməyib.

Keçirilən oyunlardan sonra “Başakşəhər” 45 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Beşiktaş” isə 36 xalla üçüncüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.